Ömürlük həbs edilən qardaşlara 24 il sonra bəraət verildi
03 oktyabr 2024 10:27 (UTC +04:00)

Ömürlük həbs edilən qardaşlara 24 il sonra bəraət verildi

ABŞ-da Qrin Bey şəhərindən ömürlük həbs edilmiş iki günahsız qardaşa bəraət verilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, David və Robert Binz davası 1987-ci ildə başlayıb. Belə ki, “Good Times” barında işləyən Sandra Lison zorlanaraq, öldürülüb. Onun qalıqları meşədə tapılıb. Binz qardaşları da həmin gecə “Good Times”a gələnlər arasında olublar. 2000-ci ildə onlar Lisonu öldürməkdə heç bir dəlil olmadan təqsirləndiriliblər.

2023-cü ildə “Wisconsin Innocence Project” cinayət yerində tapılan DNT-nin genetik profilini yaradıb və xüsusi verilənlər bazalarına yükləyib. Beləliklə, onun işçiləri əsl günahkarı - Uilliam Hendriksi tapmağı bacarıblar. Nəticədə qardaşların günahsız olduğu ortaya çıxıb. Onlar nahaq yerə 24 il həbsdə yatıblar.

Sentyabrın 27-də Binz qardaşları azadlığa buraxılıb. Vəkillərinin sözlərinə görə, kişilər məhkəmənin qərarından razı qalıblar. Qardaşlar ədalətin pozulmasına görə təzminat tələb etməyi planlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2844
avatar

Oxşar yazılar