Messi 46-cı kubokunu  qazandı
03 oktyabr 2024 11:19 (UTC +04:00)

Messi 46-cı kubokunu qazandı

“İnter Mayami”nin kapitanı Lionel Messi komandasının MLS-in müntəzəm mövsümündəki erkən qələbəsi sayəsində karyerasında 46-cı kuboku qazanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, “İnter Mayami” MLS-in adi mövsüm oyununda “Columbus Crew”ə 3:2 hesabı ilə qalib gəlib. Bunun sayəsində adi mövsümün sonuna iki tur qalmış 68 xal toplayaraq, ən yaxın rəqibini 11 xal qabaqlayıb.

Qeyd edək ki, ötən il 37 yaşlı argentinalı "İnter Mayami" ilə Liqa Kubokunu da qazanıb. Əvvəllər o, PSJ-nin heyətində oynayarkən 2 dəfə Fransa çempionluğunu və ölkə Superkubokunu qazanıb. “Barselona”da isə 34 kubok qazanmağa nail olub.

Bundan əlavə, Argentina millisinin tərkibində Messi Dünya Kuboku (2022), “Copa America” (2021, 2024), Finalissima (2022), həmçinin Olimpiya Oyunlarında (2008) və Dünya Gənclərinin (2005) qızıl medallarını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414
avatar

Oxşar yazılar