Bakıda həbsxanada daha iki məhkum ölüb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Penitensiar Xidmətin Bakıda yerləşən cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada cəza çəkən məhkumlar - Azər Əli oğlu Əliyev və Şahid Yədulla oğlu Heydərov dünyasını dəyişiblər.
Onların xəstəlikdən öldüyü bildirilir.