Bakıda 2 maşın toqquşub yararsız vəziyyətə  düşdü
25 aprel 2024 02:41 (UTC +04:00)

Bakıda 2 maşın toqquşub yararsız vəziyyətə düşdü

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan “Honda” markalı maşın toqquşub.

Nəticədə “Chevrolet” markalı minik avtomobili yolun əks istiqamətinə düşüb.

Hadisədə bir nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

# 2643
avatar

Oxşar yazılar