Bağlı qapı arxasında meyiti aşkar olundu
22 aprel 2021 00:36 (UTC +04:00)

Bağlı qapı arxasında meyiti aşkar olundu

0

Bakıda mənzildə meyit aşkar olunub.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Ağayev Ağakişi Musa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1400

Oxşar yazılar