Avstraliya sakini uşaqlara qarşı zorakılıq ittihamı ilə Brisbendə həbs edilib, kişi uşaq bağçalarında müəllim işləyirmiş,
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 15 il ərzində 200-dən çox azyaşlı onun tərəfindən cinsi istismara məruz qalıb.
45 yaşlı avstraliyalıya qarşı min yarımdan çox ittiham irəli sürülüb, kişi uzun illər müəllim işlədiyi bağçalarda uşaqlara qarşı zorakılıqda şübhəli bilinir.
Müstəntiqlərin məlumatına görə, avstraliyalı 2007-ci ildən 2022-ci ilə qədər yarısı 10 yaşından kiçik olan 200-dən çox uşağa təcavüz edib, o, Avstraliyada və hələ istintaq tərəfindən adı çəkilməyən xarici ölkədə 12 uşaq bağçasında cinayətlər törədib.
O, yetkinlik yaşına çatmayanlara qarşı bəzi zorakılıq hərəkətlərini lentə alaraq internetdə yerləşdirib.
Polis şübhəli tərəfindən çəkilmiş uşaqların 4 mindən çox intim fotoşəkili tapıb. Məlum olub ki, həmin şəxs günahını etiraf etməyib, o, həbsdədir və məhkəməni gözləyir.
Avstraliya qanunlarına görə, uşaq istismarında şübhəli bilinən şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.