Bacısını öldürən məmur oğlunun İTTİHAMI DƏYİŞDİRİLDİ
25 may 2021 16:43 (UTC +04:00)

Bacısını öldürən məmur oğlunun İTTİHAMI DƏYİŞDİRİLDİ

Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayevin qızını öldürən oğlu barəsində verilən ittiham dəyişdirilib.

APA-nın əldə etdiyi məlumata görə, Babayev Məhəmmədəli Rahil oğlu barəsində verilən ittiham Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsindən Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hüseyn Hüseynlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, keçirilmiş kompleks ambulator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, Babayev Məhəmmədəli Rahil oğlu cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olub: “Keçirilmiş təkrar kompleks ambulator məhkəmə psixatrik-məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən Məhəmmədəli Babayevin cinayət hadisəsini törətdiyi zaman qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt vəziyyətində olması təsdiq olunub.

Bu il aprelin 28-də Babayev Məhəmmədəli Rahil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə yenidən ittiham elan edilib. Mayın 12-də cinayət işi istintaqı başa çatdırılaraq baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib”.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranmış münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onu da qeyd edək ki, hadisə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev ailəsində baş verib. Hadisəni törədən R. Babayevin oğlu, ölən şəxs isə qızıdır.

R.Babayev hadisədən bir müddət sonra tutduğu vəzifədən azad edilib. Onun barəsində də dələduzluq və vəzifə səlahiyyətləri aşma maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21