Baba və nəvə yol qəzasında öldü-FOTO
02 fevral 2022 00:30 (UTC +04:00)

Baba və nəvə yol qəzasında öldü-FOTO

1

Ağcabədidə yol qəzası iki nəfərin ölümünə səbəb olub. Hadisə Aran qəsəbəsi - Bəhramtəpə magistral yolunda qeydə alınıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yolun Ağcabədi rayon Qaravəlli kəndi sahəsindən keçən hissəsində "VAZ-21011" markalı minik maşını eyni istiqamətdə olan, İran İslam Respublikası vətəndaşına məxsus qoşqulu yük maşınına çırpılıb. 

Qəza nəticəsində minik maşınında olan baba və nəvə həlak olub. Onlar Ağcabədi rayon Təzəkənd kənd sakinləri Qasımov Cahid Camal oğlu və Qasımov Camal Cahid oğludur. 

Faktla bağlı araşdırma başlanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2250

Oxşar yazılar