Honq-Konqda kişi ağlayan nəvəsini eyvandan asdığına görə həbs edilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qəzəbli şəxs itaətsiz nəvəsini bu şəkildə cəzalandırmaq qərarına gəlib. Babanın hərəkətlərini baş verənləri telefonu ilə lentə alan qonşu müşahidə edib. Daha sonra hadisə barədə polisə məlumat verən o, əlavə edib ki, baba uşağı tez-tez döyür və danlayır.
Araşdırma zamanı nəvənin altı yaşında olduğu məlum olub. Atası onu babasının himayəsində qoyub, özü də işə gedib. Kişi fincanı sındıran məktəblini eyvandan asıb. Polis 66 yaşlı babanı uşaqlara qarşı zorakılıqda ittiham edərək həbs edib.
Uşaq tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb. Hazırda o, həkim nəzarətindədir. Həmin şəxsin hansı cəzaya məruz qalacağı barədə məlumat verilmir.