Azyaşlı qızlarla evlənən   2 mindən çox kişi tutuldu
04 fevral 2023 19:07 (UTC +04:00)

Azyaşlı qızlarla evlənən 2 mindən çox kişi tutuldu

Hindistan polisi ölkənin şimal-şərqindəki Assam ştatında 18 yaşından kiçik qızlarla qeyri-qanuni nikahlara qarşı mübarizə çərçivəsində 2000-dən çox kişini həbs edib.

Lent.az bildirir ki, AP rəsmi mənbələrə istinadən xəbər verir.

Bu həftə həbs olunanlar arasında Assamda yetkinlik yaşına çatmayan qızlarla evləndiyi iddia edilən 50-dən çox hindu və müsəlman din xadimi var. Bunu ştatın polis rəisi Qyanendra Pratap Sinqh bildirib.

35 milyon əhalisi olan Assam ştatında bir çox uşaq nikahları qeydə alınmır.

Milli Cinayət Qeydiyyatı Bürosunun məlumatına görə, 2021-ci ildə ştatda yalnız 155 uşaq nikahı qeydə alınıb, 2020-ci ildə isə bu göstərici 138 olub.

Hindistanda qanuni nikah yaşı kişilər üçün 21, qadınlar üçün isə 18-dir. Yoxsulluq, təhsilin olmaması, sosial norma, xüsusən də kənd yerlərində bütün ölkədə uşaq nikahlarının səbəbləri hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Oxşar yazılar