Leninqrad vilayətində yeniyetmə qıza seksual hərəkətlər etməkdə şübhəli bilinən fotoqraf saxlanılıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Tosno şəhərində baş verib. Məlumata görə, kişi fotosessiya zamanı qızın sinəsinə toxunub. Hadisə 2022-ci ilin iyulunda baş verib, lakin şübhəli yalnız indi saxlanılıb.
Qeyd olunur ki, kişini azyaşlıya qarşı nalayiq hərəkətlərə görə səkkiz ilədək həbs cəzası gözləyir.