Azyaşlı qız 4-cü mərtəbədən düşdü - AZƏRBAYCANDA
03 may 2022 16:24 (UTC +04:00)

Azyaşlı qız 4-cü mərtəbədən düşdü - AZƏRBAYCANDA

Mingəçevirdə bədbəxt hadisə baş verib. Azyaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin V. Abdullayev küçəsi Ev 6 mənzil 46 ünvanında qeydə alınıb. Nənəsi evinə qonaq gələn 9 yaşlı Dəniz Hüseynli binanın 4-cü mərtəbəsinin eyvanından yerə düşüb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan D.Hüseynli Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3203

Oxşar yazılar