Azyaşlı evdə yediyi kotletdən   zəhərlənib öldü
18 yanvar 2024 10:27 (UTC +04:00)

Azyaşlı evdə yediyi kotletdən zəhərlənib öldü

Üç yaşlı uşaq evdə hazırlanmış kotlet yedikdən sonra ölüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə 2023-cü ilin noyabrında Krasnoyarsk diyarında baş verib. Lakin indi İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə İstintaq Komitəsinin əməkdaşları cinayət işinin istintaqını başa çatdırıblar. İdarədən verilən məlumata görə, uşaq nitrit duzundan zəhərlənərək ölüb.

Regional İstintaq Komitəsinin məlumatına görə, körpənin valideynləri qiymədən kolbasa hazırlayıb, ətin rəngini qorumaq və saxlama müddətini uzatmaq üçün nitrit duzundan istifadə ediblər. Azyaşlı oğlanın atası nisbəti bilmədiyi üçün duzu çox əlavə edib.

Cütlük bu qiymədən kotletlər də hazırlayıb. Uşaq və valideynləri onlardan birini yeyib. Övladları xəstələnəndə feldşer-mama məntəqəsinə aparılıb və orada dünyasını dəyişib.

Valideyn barəsində ehtiyatsızlıqdan adamın ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb. Materiallar mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4062
avatar

Oxşar yazılar