Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Zeynalov Namiq Piri oğlu yaşadığı evdə özünü asıb.
O yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, N.Zeynalov uzun müddət İctimai Televizya və Radio yayımları şirkətində işləyib.
Hazırda o, Azərbaycan Dövlət Televizyasında - AzTV-də işləyir.