AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin azyaşlı övladı vəfat edib.
Lent.az xəbər verir ki, hadisə “Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.
H.Əsədzadənin 2 yaşlı qızı bağçada yıxılaraq dünyasını dəyişib.
TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.