“Azsamand” səkiyə çırpıldı, xəsarət alanlar var
04 avqust 2023 08:23 (UTC +04:00)

“Azsamand” səkiyə çırpıldı, xəsarət alanlar var

0

Şəkidə minik avtomobili beton səkiyə çırpılıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə  səhər saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində baş verib.
1999-cu il təvəllüdlü Fərzalı Şaiq oğlu Həsənliyə məxsus “Azsamand” markalı minik avtomobili  hərəkətdə olarkən idarəetmədən çıxaraq maşın yolun kənarındakı beton səkiyə çırpılıb. 

Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin, 2001-ci il təvəllüdlü Rüfət Mübariz oğlu Abilov əraziyə çağrılmış Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib. R. Abilov və daha bir nəfər müxtəlif dərəcəli xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX)  yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2258

Oxşar yazılar