Ağdamda abonent “Azərisıq”ın iki işçisini bıçaqlayıb, birini döyüb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndində baş verib.
“Azərişıq”ın Ağdam Elektrik Şəbəkəsi idarəsinin əməkdaşları Mirzəyev Taryel və Mirzəyev Şükür borclu abonent tərəfindən bıçaqlanıblar. İdarənin digər işçisi Elşən Əzizovu isə döyülüb. İlkin məlumata görə, hadisəni törədən şəxs borcu çox olduğundan elektrikin verilişinin dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.
Faktla bağlı araşdırma aparılır. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.