Şirvanda mağaza qarət olunub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Xaqani küçəsində baş verib. Burada yerləşən "Azercell Mobil Store" mağazasından dəyəri 4330 manat olan 11 ədəd mobil telefon, 2 ədəd smart saat, 1 ədəd planşet, 3 ədəd səsgücləndirici və 3 ədəd "ipods" qulaqcıqları oğurlanıb.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi başlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xeyirxəbərov Altay Yaşar oğlu və Zeynalov Elbrus Əlicabbar oğlu saxlanılıblar.