Azərbaycanlını Rusiyada həmkəndlisi  QƏTLƏ YETİRDİ
25 avqust 2021 00:19 (UTC +04:00)

Azərbaycanlını Rusiyada həmkəndlisi QƏTLƏ YETİRDİ

Rusiyada azərbaycanlı bıçaqlanaraq qətlə yetirilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə hadisə Moskva şəhərində yerləşən "Fud siti" bazarında qeydə alınıb.

Öldürülən şəxsin Şəmkir rayonun Yeni Həyat kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Rasim Rüfət oğlu olduğu bildirilib.

Araşdırma zamanı məlum olub ki 30 yaşlı R.Quliyevi həmkəndlisi 28 yaşlı Həsənov Sabir Camal oğlu qətlə yetirib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən R.Quliyev ailəli idi, 3 övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3717
avatar

Oxşar yazılar