Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sankt-Peterburqda azərbaycanlıların insanarı döyməsi ilə bağlı internetdə yayılan videoları yoxlamağı tapşırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
O cümlədən, İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin rəisi vəzifəsini icra edən Oleq Bobkova cinayət işi başlamaq və hadisə ilə bağlı protokol təqdim etmək tapşırılıb.
Daha əvvəl Baza Telegram nəşri yazıb ki, şimal paytaxtında naməlum şəxslər küçələrdə, həyətlərdə və ticarət mərkəzlərində yoldan keçənlərə hücumları əks etdirən videolar toplusu dərc edirlər. Ehtimal ki, söhbət Azərbaycandan gələn qonaqlardan ibarət dəstədən gedirmiş.