Azərbaycanlı zavod direktoru   dəmiryolu vağzalında qəfil öldü 
06 aprel 2022 09:24 (UTC +04:00)

Azərbaycanlı zavod direktoru dəmiryolu vağzalında qəfil öldü 

Rusiyanın Lipetsk Sement Zavodunun baş direktoru Elvin Məmmədov Moskvada qəfil vəfat edib. 

Lent.az xəbər verir ki, o, dəmiryolu vağzalında Lipetske getmək istyərkən qatarı gözləyəndə ürək tutmasından ölüb. 

Beş növ sement istehsal edən “LipetskSement” şirkəti “AvroSementQrup” Holdinqə daxil olub və Avropanin ən böyük sement istehsalçısıdır. 

Qeyd edək ki, Elvin Məmmədov  Əliş Məmmədovun oğludur. 1958-ci ildə Şəkinin Orabon kəndində doğulmuş Əliş Məmmədov Rusiya Federasiyası Saxa Respublikası IV, V və VI çağırış Dövlət Məclisinin (İl Tumen) deputatı, Saxa Respublikasının əməkdar inşaatçısı, "Yakutsement" İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətinin Baş Direktoru olub.  

O, hazırda Saxa Azərbaycanlıları Cəmiyyətinin – Saxadakı diaspor təşkilatımızın başçısıdır. 

Elvin Məmmədov

Əliş Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8226
avatar

Sevinc Fərid

Oxşar yazılar