Moskvanın Xamovniçeski məhkəməsi repçi Elmin Quliyevi Rusiya paytaxtının mərkəzində törətdiyi yo qəzasına görə dörd il ümumi rejimli həbsxanada həbs cəzasına məhkum edilib.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bundan əlavə, o, 3 il sürücülük hüququndan da məhrum edilib.
Məlumata görə, Quliyev günahını tam boynuna alıb və istintaqla əməkdaşlıq edib. O, həmçinin zərərçəkənlərə mənəvi ziyan olaraq 1,5 milyon rubl ödəməklə yanaşı, müalicə xərclərini və itirilən qazanclarını ödəməyi qəbul edib.
Qəza 2020-ci il sentyabrın 21-də Ostojenka küçəsində baş verib.
Azərbaycan vətəndaşı Quliyev, “Infiniti”ni yüksək sürətlə sürərkən qırmızı işıqfordan keçərək kəsişmədə “Mercedes”ə çırpılıb.
Zərbədən yoldan çıxan “Infinti” iki piyadanı vurub. Ekspertiza Quliyevin sükan arxasına narkotik qəbul edərək əyləşdiyini müəyyən edib.