Azərbaycanlı qadın kirayədə qaldığı evə OD VURDU
27 avqust 2024 15:00 (UTC +04:00)

Azərbaycanlı qadın kirayədə qaldığı evə OD VURDU

Türkiyədə azərbaycanlı qadın kirayədə yaşadığı evi yandırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İğdır şəhəri Cümhuriyyət məhəlləsində baş verib.

Beşmərtəbəli evin dördüncü mərtəbəsində evlərdən biri naməlum səbəblə yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının digər evlərə keçməsinin qarşısını alıblar. Lakin ev və əşyalar yanaraq yararsız hala düşüb.

Polis əməkdaşları yanğının həmin evdə kirayədə yaşayan Azərbaycan əsilli Aybəniz tərəfindən törədilməsi iddiası ilə qadını saxlayıblar. İddialara görə, qadın mülk üstündə anlaşılmazlığa görə evi yandırıb.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234
avatar

Mehman Nəbiyev

Oxşar yazılar