Azərbaycanlı iş adamı Türkiyədə FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
26 mart 2021 16:28 (UTC +04:00)

Azərbaycanlı iş adamı Türkiyədə FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

1

Azərbaycanlı iş adamı Türkiyədə ölüb.

APA-nın məlumatına görə, hadisə dünən axşam saatlarında İstanbulun Beşiktaş səmtindəki lüks otellərdən birində baş verib. Hadisənin intihar olması, eyni zamanda ehtiyatsızlıqdan baş verdiyinə dair məlumatlar var.

Bəzi mənbələrin bildirdiyinə görə, 40 yaşlı iş adamı Nihad Əliyev tapançadan başına atəş açaraq intihar edib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticəsiz qalıb.

Digər mənbələr isə N. Əliyevin silahını təmizləyərkən ehtiyatsızlıqdan atəş açıldığı barədə məlumat yayıb.

Türkiyə polisi faktla bağlı araşdırma aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 5227

Oxşar yazılar