Azərbaycanlı iş adamı  borca görə   öldürüldü
25 dekabr 2023 18:21 (UTC +04:00)

Azərbaycanlı iş adamı borca görə öldürüldü

0

Dağıstanda hüquq-mühafizə orqanları Cabir adlı azərbaycanlı iş adamının vəhşicəsinə qətlə yetirilməsinin şəraiti və səbəblərini araşdırır. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 37 yaşlı kişi məişət texnikası və qab-qacaq satışı ilə məşğul olub, onun Xasavyurtda kiçik mağazası olub.

Dekabrın 25-də səhər saat beşdə iki naməlum gənc onun qapısını döyüb. Arvadın təhlükəsizlik qüvvələrinə dediyi kimi, yüksək səslə söhbət hansısa borcdan gedib.

Söhbət qəfil davaya çevrilib, qadın ərinə kömək etməyə tələssə də, başına zərbədən sonra o huşunu itirib, dodağı da qopub. Hücum edənlər ərinə qarşı vəhşicəsinə davranıblar.

Digər məlumata görə, o, ötən gecə ezamiyyətdə olduğu Dubaydan qayıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8699

Oxşar yazılar