Azərbaycanlı gənc dayanacaqda maşınla insanları əzdi
13 avqust 2025 18:57 (UTC +04:00)

Azərbaycanlı gənc dayanacaqda maşınla insanları əzdi

Rusiyanın Moskva vilayətində 25 yaşlı Azərbaycan vətəndaşı “Hyundai” markalı avtomobillə ictimai nəqliyyat dayanacağında insanları vurub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Dolqoprudnı şəhərində, Lixaçev prospektində baş verib. Məlumata əsasən, sürücü saxlanılıb və izahat verib.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsinə avtomobilin qəfil nasazlığı səbəb olub və buna görə o, nəqliyyat vasitəsinə nəzarəti itirib.

Lakin hadisənin şahidləri tamamilə fərqli mənzərə təsvir edirlər. Onların sözlərinə görə, buna səbəb sürücünün aqressiv idarəetmə tərzi, zolaqdan zolağa xaotik şəkildə keçməsi və yağışdan sonra asfaltın yaş olmasıdır.

Şahidlərin bildirdiyinə görə, avtomobil qəfil sağa-sola hərəkət edərək metal arakəsməyə çırpılıb, bundan sonra isə maşın fırlanaraq birbaşa dayanacaq köşkünə düşüb. Həmin anda köşkdə insanlar olub. Əsas zərbə skamyada oturan gənc cütlüyə dəyib. Dayancağın digər sərnişinləri isə vaxtında reaksiya verərək qaçıb və xoşbəxtlikdən xəsarət almayıb.

Hazırda polis hadisənin bütün təfərrüatlarını araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar