Türkiyədə həbs olunan azərbaycanlı biznesmenin GÖRÜNTÜSÜ YAYILDI  - YENİLƏNİB
21 oktyabr 2021 11:13 (UTC +04:00)

Türkiyədə həbs olunan azərbaycanlı biznesmenin GÖRÜNTÜSÜ YAYILDI - YENİLƏNİB

Türkiyədə həbs olunan azərbaycanlı biznesmenin saxlanılmazdan əvvəl çəkilmiş görüntüləri yayılıb.

Həmin görüntüləri Lent.az-a həbs edilən biznesmen Səid Mahmudovun vəkili Selçuk Elsoy göndərib.

Görüntülər S. Mahmudov saxlanılmazdan bir neçə dəqiqə əvvəl İstanbul hava limanının təhlükəsizlik kameralı ilə çəkilib.

Hava limanında baş verən olay zamanı hadisə yerindən qaçan Ruslan adlı digər azərbaycanlı biznesmenin isə axtarışları davam edir.

Azərbaycanlı biznesmenin ən son fotosu

Səid Mahmudov

***

20.10.2021

Saat: 17:16

Azərbaycan vətəndaşı Türkiyədə hava limanında saxlanılıb.

Bu barədə Lent.az-a saxlanılan Səid Mahmudovun vəkili Selçuk Elsoy məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Səid Mahmudov Ruslan adlı şəxslə birgə Dubaydan Türkiyəyə, oradan da Azərbaycana telefon gətirib satışı ilə məşğul olurlar. Səid Ruslanın işçisidir. 10 ildir bu fəaliyyətlə məşğuldurlar. Bu gün səhər saatlarında onlar Dubaydan Türkiyəyə gəlib çatanda, hava limanında onları heç bir əsas olmadan polis əməkdaşları qarşılayıb. Ruslan qaçıb, amma Səid saxlanılıb”.

Vəkilin sözlərinə görə, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən onların Azərbaycana gətirdiyi, təxmini qiyməti 200 min manat olan 65 ədəd “Iphone 13 pro” telefona həbs qoyulub. Guya iddia ediblər ki, bu telefonlar qaçaqmaldır".

O bildirib ki, S. Mahmudova 30 sutka həbs cəzası verilib, Ruslan barəsində isə axtarış elan olunub.

Məsələ ilə bağlı Mahmudovlar ailəsi Bakıdakı Türkiyə səfirliyinə üz tutublar. Səfirlikdən isə onlara sabah gəlmələri tövsiyə olunub.

# 15570
avatar

Mehman Nəbiyev

Oxşar yazılar