Azərbaycanın tanınmış ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevin qızının ölüm səbəbi məlum olub.
Lent.az-ın məlumatına görə, K. Musayevin Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva ürəktutmasından deyil, insultdan qəfil vəfat edib.
Bu barədə Lent.az-a mərhumun qohumları bildirib.
Gecə saatlarında D. Musayevanın nəşi Türkiyədən Bakıya gətirilib, bu gün dəfn ediləcək.
Allah rəhmət eləsin!
***
saat 09.19
Azərbaycanın tanınmış ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevə ağır itki üz verib.
Lentaz-ın məlumatına görə, K. Musayevin Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva qəfil vəfat edib.
Hazırda D. Musayevanın nəşinin ölkəmizə gətirilməsi üçün lazımi prosedurlar həyata keçirilir.
Allah rəhmət eləsin!
Qeyd edək ki, bu barədə ilk məlumatı BakuPost yayıb.