Azərbaycanın bu kəndinə ilanlar HÜCUM ETDİ
09 avqust 2022 17:36 (UTC +04:00)

Azərbaycanın bu kəndinə ilanlar HÜCUM ETDİ

Tərtərdə ilanlar yaşayış məntəqəsinə hücum edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Qapanlı kəndi ilanların hücumuna məruz qalıb. 

Keçmiş cəbhəyanı kənd olan Qapanlının müəyyən hissəsi hələ də minalı olduğundan orada ilanların artması üçün münbit şərait var.

Kənd ərazi nümayəndəsi Lətif Həmidov APA-ya açıqlamasında bildirib ki, son günlər yerli sakinlər və heyvanlar arasında ilansancma hadisələri mütəmadi hal alıb.

AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi, zoologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərov APA-ya açıqlamasında deyib ki, ola bilər ki, kəndin ətrafında ya şumlama işləri, ya da söküntü-tikinti işləri aparılıb: “Bu cür xarici təsirlər ilanları müvəqqəti olaraq öz yaşayış yerini tərk etməyə sövq edir”.

O əlavə edib ki, isti, quraq ərazilərdə ilanlar çox olur. İlanların yaşayış ərazisində müşahidə edilməsinə gəldikdə isə, alim bunu o ərazidə məskunlaşmanın az olması ilə əlaqələndirib: “Giriş-çıxışı çox olan, səs-küylü yerlərdə ilanlar olmur”.

Alimin sözlərinə görə, ilanlar siçan-siçovul, qurbağa və kərtənkələ olmayan, abad yerlərə gəlmir: “Onlar üçün gizlənə biləcək yerlərin olmamasına da diqqət etmək lazımdır. Daş, ot qalağı ilanın rahatlıqla gizlənə biləcəyi yerlərdir. İlanlar iyə həssas olduğu üçün onun sevmədiyi qoxulardan istifadə etmək olar. İlanlar nəfəs yollarını qıcıqlandıran istənilən iydən qaçır. Neft, sarımsaq, kükürd kimi məhsulları əraziyə səpdikdə ilan o əraziyə yaxın gəlmir. Lakin bu müvəqqəti həldir. İy uçub getdikdən sonra təbii ki, təsiri də itir”.

Təvəkkül İskəndərov ilanları zəhərləmək üsulunun mümkünsüzlüyündən də danışıb: “İlanlar diri, qoxusu üstündə olan canlılarla qidalanırlar. Qurbağa, siçovul, quş balası, kərtənkələ yeyirlər. Buna görə də onları zəhərləmə yolu ilə öldürmək mümkün deyil”.

Alim onu da qeyd edib ki, bu ərazilərdə yalnız gürzə kimi zəhərli ilana rast gəlinə bilər. Digər ilan növləri isə nə qədər aqressiv olsa belə, insana ziyan verə bilməz.

# 5499
avatar

Oxşar yazılar

Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

20 aprel 2024 , 11:04
Biləsuvarda DƏHŞƏT:  76 yaşlı qadın yaylığı ilə  özünü asdı

Biləsuvarda DƏHŞƏT: 76 yaşlı qadın yaylığı ilə özünü asdı

20 aprel 2024 , 10:14
Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33