Azərbaycanın beynəlxalq axtarışa verdiyi 2 nəfər  HƏBS OLUNDU
24 iyun 2022 17:51 (UTC +04:00)

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 2 nəfər HƏBS OLUNDU

Dələduzluq və mənimsəmədə təqsirləndirilən Azərbaycan vətəndaşları Həsənli Gündüz Rəhil oğlunun və Şahsuvarov Elnur Çingiz oğlunun ekstradisiyası haqqında qərarlar qəbul edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Şirvan şəhər Prokurorluğunun icraatında olan cinayət işi üzrə G.R.Həsənli tərəfindən “Bolluq LTD” MMC-nin Şirvan şəhər filialında satış təmsilçisi vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin MMC-nin ambarından ticarət obyektlərinə paylanması üçün götürdüyü ərzaq məhsullarının satışından əldə edilmiş pul vəsaitlərinin mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

O, Cinayət Məcəlləsinin 179.2.3. və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində 2021-ci il oktyabrın 6-da həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan edilib. Gündüz Həsənli bu il martın 21-də Moskva şəhərində müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

E.Ç.Şahsuvarov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Sumqayıt şəhər Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib. Elnur Şahsuvarov 2020-ci il oktyabrın 20-də Sankt-Peterburq şəhərində müəyyən edilərək həbs olunub.

iyunun 24-də G.R.Həsənli və E.Ç.Şahsuvarov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyadan Azərbaycana gətiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2736
avatar

Mehman Nəbiyev

Oxşar yazılar