Bakıda kinostudiyada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yerləşən üçmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.