Yalama gömrük postunda Rusiyaya gedən qatara gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı vaqonunun təkərlərinin arasında olan boşluqda gizlədilən ümumilikdə 125 qram narkotik vasitə - marixuana aşkar edilib.
Daha bir fakt isə Samur gömrük postunda qeydə alınıb. Rusiyadan istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə edtiyi "DAF" yük markalı nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun təkərindən, eləcə də avtomobilin ehtiyyat təkərlərinin içərisində 90520 ədəd "Parliament Heets" markalı və yararsız vəziyyətdə 28000 ədəd siqaret aşkarlanıb.