Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyədən İrana gedən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.