Sumqayıt şəhərində güclü partlayış olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. Mənzillərdən birinin hamam otağında qeydə alınan hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.
Ağır yanıq xəsarətləri alan Emral Xasiyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı Yanıq Mərkəzinə göndərilib.
Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il əvvəl tikilib.
Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır.