Biləsuvarda qadın bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini, 74 yaşlı Zəminə Həziyeva Bolqarçayda boğulub.
İlkin ehtimala görə, qadın ehtiyatsızlıqdan çaya düşüb.
Faktla bağlı araşdırma aparılır.