Ağdam rayon prokurorluğu vəzifəli şəxsin minaya düşməsi faktı ilə bağlı məlumat yayıb.
Rayon Prokurorluğundan APA-ya verilən məlumatda qeyd olunur ki, martın 3-də saat 15 radələrində 54 yaşlı Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
16:14
Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə rayon ərazisində minaya düşüb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağdamın işğaldan azad olunan Novruzlu kəndində qeydə alınıb.
Ağır yaralanan idarə rəisi Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.