Azərbaycanda “VAZ-2107” markalı avtomobil fantastik sürətlə radara düşüb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Məlumata görə, hadisə Bəhramtəpə yolunda qeydə alınıb.
Belə ki, 12-BC-708 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı minik avtomobili saatda 225 km sürətlə hərəkət edib.
Bu səbəblə avtomobilin sahibi Əsədli Nəcəf Nadir oğluna 250 manat cərimə protokolu gəlib.
Həmin ərazidə isə maksimum sürət həddi saatda 90 km olub.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovniki Mübariz Ağayev Lent.az-a məsələdən xəbərdar olduqlarını bildirib:
“Həmin radar barədə məlumatımız var. Cərimə protokolu texniki səhvlə əlaqədar tərtib olunub. Vətəndaşa yazılan cərimə ləğv ediləcək və inzibati protokola xitam veriləcək.
Hazırda araşdırmalar aparılır”.
Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə avtomobil sahiblərinə saatda 200 km-dən yuxarı sürətlə bağlı cərimə protokolları tərtib olunub.
Tərtib olunan protokol
Radara düşən "07"