Azərbaycanda toyda döyülən müğənni görün kimdir? - YENİLƏNİB
14 oktyabr 2022 12:20 (UTC +04:00)

Azərbaycanda toyda döyülən müğənni görün kimdir? - YENİLƏNİB

Kürdəmirdə döyülən müğənninin kimliyi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin müğənni Nurlan Əliyevdir.

Onun rayon ərazisində müğənni kimi fəaliyyət göstərdiyi bildirilir.

***
Saat: 11:06

Kürdəmirdə toyda insident yaşanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə oktyabrın 12-i saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində qeydə alınıb. 2 nəfər xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döyüb.

Bu barədə Kürdəmir rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

# 10089
avatar

Mehman Nəbiyev

Oxşar yazılar