Daxili İşlər Nazirliyi Mingəçevirdəki baltalanma hadisəsinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-a bildirib ki, dünən saat 16 radələrində Mingəçevir şəhər sakini 52 yaşlı Faiq Məmmədovun balta ilə 28 yaşlı Elvin Paşayevin baş nahiyəsinə xəsarət yetirməsi ilə bağlı şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb:
"Faiq Məmmədov isə şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir".
***
Saat: 08:55
Mingəçevirdə sürücülər dava ediblər.
Lent.az xəbər verir ki, 1971-ci il təvəllüdlü Faiq Məmmədov yol verməmək üstündə 1995-ci il təvəllüdlü Elvin Paşayevlə mübahisə edib.
Mübahisə nəticəsində Faiq Məmmədov balta ilə Elvin Paşayevə xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlayıb.