Daxili İşlər Nazirliyi Tərtərdə məktəblinin qız qaçırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, Tərtər rayonunda 2007-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı məlumatlar doğru yayılmayıb: "Həmin şəxs barəsində digər xüsusatlar üzrə müvafiq ekspertiza təyin olunub, araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
***
saat 12:01
Tərtərdə 9-cu sinifdə oxuyan qız qaçırılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə kənd məktəblərinin birində qeydə alınıb.
Belə ki, 10-cu sinif şagirdi olan oğlan 9-cu sinifdə təhsil alan qızı evlənmək üçün qaçırıb.
Faktı saytımıza Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib.
Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazırda faktla bağlı araşdırma aparılır:
"Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. Oğlanla qız arasında iki yaş fərqi var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma aparılır".