Azərbaycanda ŞOK:  Əməliyyat zamanı xəstənin qarnında görün nə qaldı
28 fevral 2023 16:36 (UTC +04:00)

Azərbaycanda ŞOK: Əməliyyat zamanı xəstənin qarnında görün nə qaldı

0

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.

Mingəçevir şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3837

Oxşar yazılar