Azərbaycanda şirkətdə meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Kürdəmir rayonunda qeydə alınıb.
Rayon ərazisində fəaliyyət göstərən “Azbiyan” MMC-nin həyətində kişi meyiti aşkar edilib.
Araşdırma nəticəsində meyiti tapılan şəxsin elə həmin şirkətdə işləyən 50 yaşlı Vidadi Nəsirov olması müəyyən edilib.
Meyitə ilkin baxış keçirilərkən onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Lakin buna baxmayaraq, meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə təhvil verilib.
Onun ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra müəyyən olacaq.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.