Kürdəmirdə kanala düşən avtomobil sudan çıxarılıb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, rayonun Sor-Sor kəndi ərazisində idarəetmədən çıxaraq Şirvan su kanalına düşən "Toyota" markalı minik avtomobili FHN-nin əməkdaşları tərəfindən kanaldan çıxarılıb.
Maşının içərisində boğularaq ölən Rusiya vətəndaşı 27 yaşlı Nimanikin Vadim Andreyeviçin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.