Azərbaycanda qız qaçıran ata və oğul barədə məhkəmə  QƏRARI
03 mart 2022 18:52 (UTC +04:00)

Azərbaycanda qız qaçıran ata və oğul barədə məhkəmə QƏRARI

0

Göyçayda 21 yaşlı qızı zorla qaçıran ata və oğlu məhkəmə qarşısına çıxarılıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Göyçay rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Qərara əsasən, Ə.M. barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.M.in atası A.M.ə isə ev dustaqlığı verilib.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə.nın (ad şərtidir) həmkəndlisi Ə.M. (ad şərtidir) və atası A.M. (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2514

Oxşar yazılar