Azərbaycanda "Qırmızı Kitab"a düşən quşları ovlayan saxlanıldı
22 dekabr 2023 17:28 (UTC +04:00)

Azərbaycanda "Qırmızı Kitab"a düşən quşları ovlayan saxlanıldı

0

Biləsuvarda adı "Qırmızı Kitaba" düşən quşları ovlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə növbəti tədbir keçiriblər. Nəticədə rayon sakini Faiq Həsənovun rayonun Muğan kəndi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov etdiyi aşkarlanıb.

Həmin  şəxsdən qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən 2 ədəd bəzgək quşu və 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı F.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4211

Oxşar yazılar