Abşeronda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Novxanı bağlarında qeydə alınıb. Orada yaşayan 33 yaşlı Səbinə Şəmsəddin qızı Məmmədova yaşadığı evdə üzərinə spirt tökərək özünü yandırıb.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.