Sabirabadda qatar vuranın kişinin kimliyi bilinib.
Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalarla Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu, Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində qatar vuran şəxsin 36 yaşlı Abasov Elməddin Bəyriş oğlu olması müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
***
25.05.2022
Saat: 19:56
Bu gecə saat 3:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu, Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində qatar təxminən 35-40 yaşlarında kişini vurub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ancaq həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onu taniyanlardan 0125902779 və 0705912123 telefon nömrələrinə zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Qatar vuran kişi