Azərbaycanda polisə  xəsarət yetirdilər
28 aprel 2022 14:44 (UTC +04:00)

Azərbaycanda polisə xəsarət yetirdilər

Azərbaycanda polisə xəsarət yetiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, aprelin 27-i saat 16 radələrində Göyçay rayonunun Bığır kəndində kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən RPŞ-nin əməkdaşı Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya yüngül bədən xəsarəti yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6075
avatar

Mehman Nəbiyev

Oxşar yazılar