Azərbaycanda polis zabiti məhkəməyə verildi
08 oktyabr 2021 16:12 (UTC +04:00)

Azərbaycanda polis zabiti məhkəməyə verildi

Xaçmazda polis zabiti məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, Xaçmaz rayon Polis Şöbəsi Yalama Polis Bölməsinin sahə rəisi, polis kapitanı Aslanov Təhmin Həkim oğlu yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnsə də, təyin olunan müddətdə ödəniş etməyib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İş hakim Anar Sadıqovun icraatına verilib.

Xatırladaq ki, həmin maddə əsasında şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2469
avatar

Mehman Nəbiyev

Oxşar yazılar