Hacıqabulda aşan "Hyundai" avtomobili
20 mart 2022 20:56 (UTC +04:00)

Hacıqabulda aşan "Hyundai" avtomobili

Azərbaycanda polis qəzada öldü - FOTO - YENİLƏNİB

Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ölüb.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Şirvan polis şöbəsinin polis nəfəri Şirvan sakini, 1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

18.10

Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ağır yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Şirvan polis şöbəsinin polis nəfəri, Şirvan sakini 1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 6300
avatar

Oxşar yazılar